Çinin paytaxtı Pekində havanın kəskin çirklənməsi ilə əlaqədar "narıncı həyəcan elan edilib.

Unikal.org Azərtac-a istinadən xəbər verir ki, bu barədə Pekinin ətraf mühitin mühafizəsi üzrə bələdiyyə bürosu məlumat yayıb.

Məlumatda deyilir ki, "narıncı həyəcan martın 12-dən 14-dək davam edəcək.

Meteoroloqların proqnozlarına görə, ayın 14-dən etibarən havanın temperaturu aşağı düşəcək, duman çəkiləcək və axşam hava təmizlənəcək.