Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirib ki, Krımın qaytarılması heç bir şəraitdə mümkün deyil.

Unikal.org TASS-a istinadən xəbər verir ki, dövlət başçısı bunu Andrey Konraşovun telefilmi üçün hazırlanan müsahibəsində deyib.

"Nə danışırsınız? Dəli olmusunuz? Belə bir şərait (Krımın qaytarılması - red) yoxdur və heç vaxt da olmayacaq", - deyə dövlət başçısı belə bir şəraitin yaranıb-yaranmayacağı barədə suala cavabında deyib.

Rusiya prezidenti Vladimir Putin bağışlamağı bacardığını bildirib.

Bununla belə, Rusiya prezidenti hər şeyi bağışlamağın mümkün olmadığını vurğulayıb: "Xəyanəti bağışlamaq olmaz".
Putin Suriya ilə bağlı da öz fikirlərini bölüşüb.