Latviya Vergi Xidmətinin baş direktoru İlze Tsirule evində ölü tapılıb.

Unikal.org xəbər verir ki, meyitin üzərində xəsarətlər və ya digər zorakılıq əlamətləri aşkarlanmayıb. Müvafiq məhkəmə-tibbi ekspertizalar təyin edilib.

İki övladı olan 53 yaşlı İlze Tsirule 2016-cı ilin noyabrın 14-dən Latviya Vergi Xidmətinin baş direktoru vəzifəsində çalışıb.