İranda Türkiyəyə məxsus özəl təyyarə qəzaya uğrayıb.

Unikal.org-un məlumatına görə, bu barədə İRNA agentliyi məlumat yayıb.

Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. "Reuters" agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğuvə qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb.