Nepalda sərnişin təyyarəsi qəzaya düşüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Banqladeşin US-Bangla şirkətinə məxsus təyyarə Katmandu hava limanının yaxınlığında qəzaya uğrayıb.

S2-AGU nömrəli təyyarə eniş edərkən enmə zolağına deyil, yaxınlıqdakı futbol meydançasına düşüb.

Nəticədə təyyarə yanmağa başlayıb. Təyyarədə 70-ə yaxın sərnişinin olduğu bildirilir.

Ölən və yaralananların olduğu ehtimal edilsə də, hələlik rəsmi məlumat açıqlanmayıb. İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.

Hadisə yerində xilasedici qüvvələr işləyir.


" frameborder="0" allowfullscreen>