Türkiyənin Çorum vilayətinin Osmancık rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Türkiyə yerli KİV-ə istinadən verdiyi xəbərə görə, sürətlə hərəkət edən sərnişin avtobusu yol kənarında dayanan neft məhsulları daşıyan ağır tonnajlı TIR-a çırpılaraq yanıb. Nəticədə 6 nəfər ölüb, 19 nəfər xəsarət alıb. Ölü sayının artacağı ehtimal edilir.