Rusiya Federal Təhlükəsizlik Xidməti və DİN əməkdaşları Moskva və Moskva ətrafında İŞİD tərəfdarlarının Suriya və İraqa göndərilməsi ilə məşğul olan etnik cinayətkar qrupunun 60 üzvünü saxlayıb.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilir.
Məlumata görə, cinayətkar qrup həmçinin Orta Asiya bölgəsindən Rusiyaya gələn miqrantların qanunsuz leqallaşdırılması ilə məşğul olub.
Cinayətkarların beynəlxalq terror təşkilatlarının emissarları ilə əlaqəli olduğu müəyyənləşdirilib.