"ABŞ-ın burada sərhəddi var? Nə işləri var burada? Bunu cənab Tillersona da söylədim. Soruşdum ki, bunları bura niyə gətirirsiniz? İnanırsınız, səsi çıxmadı".

Unikal.org bildirir ki,bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tibb işçilərilə görüşündə Suriyadakı durumla bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada YPG ilə əməkdaşlıq edir: "ABŞ-ın silah-sursat gətirdiyi bölgələrə biz hümanitar yardımlar göndəririk. ABŞ-ın Suriyada 20 hərbi bazası var. Nə üçün qurulub onlar? Ağıla ilk olaraq İran və Türkiyə gəlir. Rusiya yox. Bu, üçüncü Dünya Müharibəsi deməkdir".