Böyük Britaniya hökuməti İngiltərədəki iki məscidin Milli Tarix və Miras Abidələrinin siyahısına daxil edib.

Unikal.org maide-yə istinadən xəbər verir ki, onlar Londonda yerləşən Mərkəzi məscid və "Fəzl məscididir.

Məlumat üçün bildirək ki, London Mərkəzi məscidinin inşası 1940-cı ildə Uinston Çörçill hökumətinin təklifi ilə başlayıb, 1977-ci ildə istifadəyə verilib.

Şəhərdəki ilk məscid olan "Fəzl məscidi isə 1924-cü ildə tikilib.

Bundan sonra həmin məscidlər tarixi abidə kimi də qorunacaq.