İordan çayının qərb sahilində fələstinli idarə etdiyi avtomobili kütləyə çırpıb.

Unikal.org-un gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, insident Mevo-Dotan yaşayış məntəqəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 2 İsrail hərbçisi ölüb, daha 2-si yaralanıb. Avtomobili insanların üzərinə sürən fələstinli yüngül xəsarət alıb. Onun saxlanıldığı bildirilir.