Böyük Britaniyanın cənubunda Horşem şəhərində silahlı insident baş verib. Odlu silahdan atəş açaraq iki nəfəri yaralayan şəxs polis tərəfindən saxlanılıb.
Unikal.org RT-yə istinadən bildirir ki, hadisə nəticəsində hamilə qadınla yanaşı bir kişi də yaralanıb.
Hazırda
həkimlər qadını xilas etməyə çalışırlar. İnsidentin terrorla əlaqəli olmadığı təsdiqlənib. Hadisənin terror olmadığı, qısqanclıq
zəminində baş verdiyi bildirilir.