Türkiyə Silahlı Qüvvələri (TSQ) Azad Suriya Ordusu ilə birlikdə Suriyanın "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrin şəhərinə daxil olub. .
Unikal.org KİV-ə istinadən verdiyi məlumatına görə, bu gün səhər saatlarında müxalif Azad Suriya Ordusunun birlikləri Afrin şəhərini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün əməliyyata başlayıb.
Azad Suriya Ordusu cənub-şərq istiqamətindən şəhərə daxil olub. Hazırda döyüşlər gedir.
Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PYD/YPG terrorçularından təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb.