Türkiyə Silahlı Qüvvələri (TSQ) Azad Suriya Ordusu ilə birlikdə Suriyanın "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrin şəhərini nəzarətə götürüb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu gün səhər saatlarında müxalif Azad Suriya Ordusunun birlikləri Türkiyə ordusunun dəstəyi ilə cənub-şərq istiqamətindən Afrin şəhərinə girib və PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün əməliyyata başlayıb. Hazırda şəhər tam nəzarətə alınsa da, bəzi küçələrdə terrorçuların təmizlənməsi istiqamətində əməliyat aparılır. 

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PYD/YPG terrorçularından təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb.