Oqtay Şirəliyev, "səhiyyənin sürətli inkişafı" budurmu?
12:47 17-08-2012
CƏMİYYƏT
Oqtay Şirəliyev, "səhiyyənin sürətli inkişafı" budurmu?
Göyçayda xəstəxanalar düşdüyü acınacaqlı vəziyyət görənləri şoka salır
Göyçay Rayon Mərkəzi Xəstəxanası təmirə bağlandığı üçün avqustun 11-dən başlayaraq qeyd olunan xəstəxana Göyçay Uşaq Xəstəxanasına köçürülüb. Göyçay Uşaq Xəstəxanasında şərait olmadığı üçün mərkəzi xəstəxananın ora köçürülməsi yerli sakinlər arasında narazılığa səbəb olub.
Göyçay İşçi Qrupunun sosial şəbəkələrdə yer alan məlumatına görə, İşçi Qrupunun üzvləri Göyçay Uşaq Xəstəxanasında vəziyyətlə tanış olarkən oradakı acınacaqlı vəziyyətin şahidi olublar.
Məlumatda bildirilir ki, Göyçay İşçi Qrupunun üzvlərinin apardığı müşahidələr zamanı Göyçay Uşaq Xəstəxanasında xəstələrin müalicə olunması üçün orada heç bir şəraitin olmaması müəyyən edilib: "110 min göyçaylıya, bundan əlavə ətraf rayonlarıdan gələn təxminən 200 min əhaliyə xidmət edən bir xəstəxananın Göyçay Uşaq Xəstəxanasına köçürüblər. Uşaq xəstəxanasının həyəti, otaqları, təbii fəlakət zonalarını xatırladır. Xəstəxanada su, ayaqyolu yoxdur. Həkimlər xəstələrlə bir yerdə uçuq-sökük palatalarda qəbullar aparırlar. Xəstəxanaya gələn adamların sayı çox olduğu üçün orada yerimək mümükün deyil. Həkimlərin dediyinə görə Göyçay Mərkəzi Xəstəxananın baş həkimi Famil Zeynalov həkimlərə xəstəxananın otaqlarını, pilləkənləri, mətbəxi, ayaqyolunu təmir etdirməyi tapşırıb. Əks təqdirdə onları müxtəlif cəzaların gözləyəcəyini deyib. Həkimlər isə baş həkimin bu göstərişinə etiraz etmək əvəzinə xəstələrdən daha çox pul almağa başlayıblar",- deyə məlumatda bildirilir.
Xatırlatmaq yerinə düşər ki, səhiyyə naziri Oqtay Şirəliyev öz çıxışlarında Azərbaycan səhiyyəsinin inkişafı barədə pafoslu danışmağı çox sevir. O, hətta bir dəfə demişdi: "Bu gün Azərbaycan səhiyyə sistemi Avropa səhiyyəsinin bir hissəsidir".
Amma buyurun, Avropa səhiyyəsinin bir parçasına çevrildiyi elan edilən Azərbaycan səhiyyəsində xəstəxanaların durumuna baxın! Normal müayinə və müalicə şəraiti bir yana, onlar hətta Sudan, ayaqyolundan belə, məhrumdurlar. Oqtay müəllim deyə bilərmi ki, Avropanın başqa hansı ölkəsində bu cür xəstəxanalara rast gəlmək mümkündür?
Biz hələ onu demirik ki, Azərbaycanda səhiyyənin müasir standartlara cavab vermədiyi, bu səbəbdən xəstələrin şəfa tapmaq üçün xarici ölkələrə üz tutması haqqında müzakirələr yeni deyil. Son illər müalicə və müayinə məqsədilə xarici ölkələrə, Almaniyaya, Türkiyəyə, Rusiyaya, İrana üz tutan xəstələrin sayında ciddi artım var.
Bəs görəsən, Oqtay Şirəliyev və onun nazirliyindəkilər "inkişaf" haqqında danışmaqdan imkan tapıb bir dəfə də özlərinə sual edirlərmi ki, azərbaycanlı xəstələr hansı səbəbdən öz sağlamlıqlarını yerli həkimlərə deyil, əcnəbilərə etibar edirlər?
Murad Can
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49