Azərbaycanda prezident seçkilərində seçicilər arasında səsvermə prosesi aktivdir.

Unikal.org xəbər verir ki, bunu Trend-ə prezident seçkilərində səs verən Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.

E.Süleymanova seçkilərin təşkilinin uzunmüddətli proses olduğunu bildirib: "Qeyd etməliyik ki, seçkilərin uğurlu təşkili son aylar deyil, illərlə təkmilləşdirilmiş prosesdir".

Ombudsman qeyd edib ki, Azərbaycanın qanunvericiliyi, Seçki Məcəlləsi Venesiya Komissiyasının tövsiyələri ilə hər il təkmilləşdirilir: "Bizim əməkdaşlarımız da müstəqil müşahidəçi kimi praktiki olaraq ölkənin bütün rayonlarında iştirak edirlər".

O əlavə edib ki, hazırda seçicilər arasında səsvermə prosesi aktivdir: "Sevindirici haldır ki, seçkiləri müxtəlif ölkələrdən bir çox müşahidəçilər izləyir. Düşünürəm ki, bu onların Azərbaycanda seçkilərin şəffaf, demokratik şəkildə keçirilməsi ilə tanış olması üçün yaxşı imkan olacaq".