Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Prezident seçkilərində səs vermədə iştirak edib.

Unikal.org-un məlumatına görə, eks-prezident 17 saylı Yasamal üçüncü Seçki Dairəsinin 26 saylı məntəqəsinə gələrək səs verib. 

A.Mütəllibov məntəqəyə həyat yoldaşı Ədilə Mütəllibova ilə birlikdə gəlib.  

Keçmiş prezident deyib ki, vətəndaşların sərbəst səsvermələri üçün lazımı şərait yaradılıb: "Məntəqədə olduğum müddətdə gördüklərimə əsasən deyə bilərəm ki, seçkidə fəallıq müşahidə olunur. Seçicilər öz iradələrini sərbəst formada ifadə edirlər".