"Bu gün səhər və günorta saatlarında şəhərin müxtəlif ərazilərində təsadüfi seçilən seçki məntəqələrində olmuşam. Bütün seçki məntəqələrində seçkilərin sülh şəraitində aparmasından çox təsirləndim.
Unikal.org xəbər verir ki, bunu APA-ya prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən kambocalı müşahidəçi Piç Çaradin deyib.
O qeyd edib ki, seçicilər səsvermə prosesində çox aktiv şəkildə iştirak edirlər: "Hətta hər yerdə yerli müşahidəçilərə rast gəlmək mümkündür.
Kamboca Konqresinin üzvü olan Yara Suos isə bildirib ki, indiyə qədər bir çox seçki məntəqəsində səsvermə prosesini izləyib. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası seçkilərin sülh şəraitdə keçirilməsini təmin edir: "Müşahidələrimizə əsasən deyə bilərik ki, insanlar seçki suverenliyini çox yaxşı müdafiə edir.