Azərbaycan baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi Əli Əhmədovun baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətinin müddəti başa çatıb.

Unikal.org xəbər verir ki, bu barədə "Reportun sorğusuna cavab olaraq Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

O deyib ki, Ə.Əhmədov aprelin 12-dən öz vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Əli Əhmədov prezident seçkiləri ilə əlaqədar YAP-ın səlahiyyətli nümayəndəsi təyin edilmişdi.