Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun daha bir əsgəri ölüb.
Unikal.org Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə aprelin 15-də baş verib.
Bildirilib ki, 1998-ci ildə anadan olmuş Alek Karapetyana hərbi hissə ərazisində atəş açılıb. Nəticədə o, ölüb.
Hadisənin səbəbi araşdırılır.