Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Unikal.org apa-ya istinadən bildirir ki, hadisə rayonun Qızılhacılı kəndində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus və "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Vəziyyəti ağır olan şəxs 1994-cü il təvəllüdlü Qurbanzadə Toğrul Eynulla oğludur, vəziyyətləri kafi olan - 1992-ci il təvəllüdlü Quliyev Fuad Faiq oğlu, 1994-cü il təvəllüdlü Şəkərli Aqil Novruz oğludur.

Faktla bağlı araşdırma aparılır.