Ermənistan silahlı bölmələri işğal altındakı Azərbaycan torpaqlarında təlimlər keçirir.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hərbi təlim cəbhə xəttinin Ağdam rayonunun işğal altındakı Uzundərə adlanan ərazisində müşahidə olunur.

Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir.

Atış səsləri cəbhəyanı ərazilərdə aydın eşidilir.