Daxili İşlər Nazirliyi (DİN) Goranboy rayonundakı ağır qəza ilə bağlı rəsmi məlumat yayıb.
DİN-in mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, mayın 2-də saat 19 radələrində Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində kənd sakini Əli Süleymanovun idarə etdiyi "VAZ-2121 və Ağdam rayon sakini Füzuli Quliyevin idarə etdiyi "Toyota markalı avtomobillər toqquşub. Nəticədə Ə.Süleymanov hadisə yerində ölüb, 2 sərnişini, habelə F.Quliyev və sərnişinləri - arvadı Cəmilə və azyaşlı nəvəsi xəstəxanaya yerləşdiriliblər. F.Quliyev və Cəmilə orada ölüblər.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.