Şamaxı şəhər sakini yanıq xəsarətləri alıb.
Unikal.org report-a istinadən xəbər verir ki, şəhər sakini, H. Hüseynzadə küçəsi 4 ünvanında yaşayan 1988-ci il təvəllüdlü Fatimə Elşad qızı Hidayətovanın üzərinə qaynar su tökülüb.
Hadisə zamanı onun bədəninin baş və boyun nahiyələri, hər iki qolu və ayaqları yanıb. O, 2-ci, 3-ci texniki yanıq dərəcələri ilə Şamaxı Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
F. Hidayətovaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Lakin vəziyyəti ağır olduğundan yaralı Bakıya, 5 saylı Kliniki Xəstəxananın Yanıq Mərkəzinə göndərilib.