Sabirabad rayonunda evdə qaz partlayıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yolçubəyli kəndində baş verib.
Evə qaz sızması nəticəsində baş verən partlayış zamanı, 1955-ci il təvəllüdlü Ələsgərov Malik Xanbala oğlu və onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Ələsgərova Gövhər Qurban qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.