Tovuzda 33 yaşlı kişini ilan sancıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Hunanlar kənd sakini, 1985-ci il təvəllüdlü Novruzov Ramin Viktor oğlu sağ qolundan ilan sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Hunanlar kəndindən daha bir nəfəri ilan sancmışdı.