Xəbər verdiyimiz kimi, Sabirabad rayon Şəhriyar kəndində traktorun qoşqusu aşaraq su kolektuna düşüb, nəticəsində 6 pambıqçı qadın ölüb.

Unikal.org xəbər verir ki, Qəza törədən traktorun sürücüsü Xalid İmanov və onun atası Əjdər İmanov  Sabirabad rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Əldə etdiyimiz məlumata görə qəzaya səbəb olan  traktor Xalid İmanovun əmisi oğlunun adına qeydiyyatdadır.

Qeyd edək ki,  qəzada dünyasını dəyişən  İmanova Məlahət traktorun sürücüsü Xalid  İmanovun anasıdır. 

Famil Fərhadoğlu