Cəlilabad rayonunun Təzəkənd kəndində xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə zamanı 1978-ci il təvəllüdlü yerli sakin İsmayılova Xoşbəxt Həzi qızı mübahisə zəminində qonşu kişi tərəfindən döyülüb.

Yaralı qadın müxtəlif xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.