Cəlilabadda döyülmə faktı qeydə alınıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, döyülən şəxs Əliabad kənd sakini, 1954-cü il təvəllüdlü Səxavət Tərlan oğlu Məmmədovdur.

S. Məmmədov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onu tanıdığı şəxslərin döydüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.