Tovuz rayonunda yol qəzası baş verib.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, hadisə rayonun Düz Çırdağan kəndində olub.

Kənd sakini, 1986-cı il təvəllüdlü Bağırov Nizaməddin Səfaləddin oğlunun idarə etdiyi avtomobillə rayonun Cəlilli kənd sakini, 1992-ci il təvəllüdlü Əhmədov Azəddin Leysan oğlunun idarə etdiyi avtomobil toqquşub.

Hadisə nəticəsində hər iki sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.