Tovuzda qadın özünü yandıraraq intihar edib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Cəlilli kəndində kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Şahnaz Qurban qızı yaşadığı evin həyətində olan toyuq hinində özünü yandırıb. Qadın hadisə yerində ölüb.

 Məlumata görə, 3 uşaq anası olan qadın yoluxucu xəstəlikdən əziyyət çəkirmiş.Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.