"AZTV" sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxsin vəkili ilə bağlı Vəkillər Kollegiyasına müraciət olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri"QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Unikal.org-un məlumatına görə, prosesə sədrlik edən hakim Əfqan Hacıyev bildirib ki, təqsirləndirilən Qoçalı Cəbiyevin vəkili növbəti dəfə prosesə gəlməyib. O vurğulayıb ki, bununla bağlı Vəkillər Kollegiyasına müraciət olunacaq:
"Məsələ ilə bağlı təqsirləndirilən şəxslərin vəkilləri məhkəmə prosesini pozub, iclasları təxirə salırlar. Artıq bununla bağlı tədbir görüləcək. Müvafiq quruma müraciət olunacaq. Belə hallar yol verilməzdir.
Hakim Əfqan Hacıyev bu dəfə də Qoçalı Cəbiyevin vəkilinin məhkəməyə gəlməməsinə görə, prosesi mayın 18-də davam etdiriləcəyinə qərar verib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.