Xızı rayonunda yaşayış evindən oğurluq etməkdə olan keçmiş məhkum saxlanılıb.
DİN-in mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 8-də rayon ərazisindəki evlərin birindən 900 manat və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxsin Şurabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Qulami olduğu müəyyən edilib. Həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, oğurladığı qızılların bir qismini Sumqayıt şəhərində tanımadığı şəxslərə satdığını bildirib.
Qızıl-zinət əşyalarının digər qismi - qızıl qolbağ və 1 qızıl üzük isə polis əməkdaşları tərəfindən onun yaşadığı evdən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.