Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Beytar israillilərin Yerusəlim adlandırdıqları Qüds şəhərini təmsilçisidir. Klub adını ABŞ prezidenti Donald Trampın şərəfinə dəyişidirilib. Bundan sonra komanda "Beytar Tramp Yerusəlim adı ilə fəaliyyətini davam etdirəcək. Klub bununla bağlı belə bəyanat yayıb:
"Yerusəlim 70 il beynəlxalq tanınmanı gözlədi. Bunu ancaq ABŞ prezidenti Donald Tramp etdi. O, İsrail xalqına sevgisini nümayiş etdirdi.
"Beytar şəhərin ən populyar simvollarından biridir. Biz ABŞ prezidentinə verdiyi dəstəyə görə minnətdarıq. Bundan sonra klubumuz "Beytar Tramp Yerusəlim adlanacaq.