Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində Rəşad Rəhimova məxsus "Mercedes markalı avtomobildən oğurluq edilib.

Unikal.org report-a istinadən xəbər verir ki, naməlum şəxslər avtomobilə maddi ziyan vurub və maşının ehtiyat hissələrini oğurlayıblar.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsunin 16-cı Polis Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, avtomobilin sahibi Milli Qəhrəman Koroğlu Rəhimovun oğludur.