Lənkəranda uşaqlar arasında zəhərlənmələr artıb.
Unikal.org report-a istinadən xəbər verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına ağır vəziyyətdə olan 4 uşaq gətirilib. Onların hər birinə qanda parçalanma diaqnozu qoyulub. Həkimlər bu halı paxlalı bitkilərdən istifadə zamanı baş verən zəhərlənmənin nəticəsi kim qiymətləndirib.
Eyni gündə Masallı rayon sakini 2012-ci il təvəllüdlü Əliyev Mustafa Mahir oğlu, eyni yaşda olan Lənkəran şəhər sakini Axundov Əli Vüsal oğlu, Yuxarı Nüvədi kənd sakini Əlizadə Zeynəb Xanbala qızı və Separadi kənd sakini olan 2015-ci il təvəllüdlü Məmmədov Səfərsadiq Tofiq oğlu xəstəxanaya gətiriliblər. Təcili olaraq onların qanları yuyulub, zəruri tədbirlər görülüb. Hazırda vəziyyətləri stabil olaraq qalır.
"Reportun əldə etdiyi məlumata görə son günlərdə eyni vəziyyətdə daha bir neçə azyaşlı xəstəxanaya gətirilib. Onlardan birinin vəziyyəti daha ağır olduğundan müalicə almaq üçün Bakıya göndərilib.