Beyləqan rayonunda yanğın olub.

Unikal.org-un FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonda məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 300 m² olan birmərtəbəli binanın 1 otağında 2 m² sahədə arakəsmə və 2 ədəd məişət avadanlığı yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.-‹