Astara rayonunda oğurluq hadisəsi baş verib.
Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Şahağacı kəndindəki evlərin birindən 25000 rubl oğurlanması barədə Astara rayon polis şöbəsinə məlumat verilib.
Polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən həmin kənd sakini Şəhram Əliyev tutulub.