Gəncədə yanğın hadisəsi qeydə alınıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, şəhərin Nizami rayonunda həyətyanı sahədə 100 m² quru ot və ümumi sahəsi 10 m² olan taxtadan ibarət yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

Yüksək temperaturdan yaxınlıqda yerləşən ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 2 m² sahədə qarsalanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.-‹