Qazax rayonunda qadın yıxılaraq xəsarət alıb.

Unikal.org-un "Report"a istinadən məlumatına görə, 39 yaşlı Dağ Kəsəmən kənd sakini Afət Abdullayeva qarın nahiyəsi kəsilmiş halda xəstəxanaya daxil olub.

Əməliyyat olunan qadının vəziyyəti orta-ağırdır.

Yaxınlarının bildirdiyinə görə, A.Abdullayeva evdə ehtiyatsızlıqdan şüşə qabın üstdə yıxılıb və qarın nahiyəsindən kəsik xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.