Sabirabadda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Sabirabad rayonunun Qasımbəyli kəndində ümumi sahəsi 30 m² olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

Yüksək temperaturdan ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin eyvanının lambirdən ibarət tavanı 2 m² sahədə əriyib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Zaqatalada yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Zaqatala rayonunun Axaxdərə kəndində tikintisi başa çatmamış ümumi sahəsi 84 m² olan birmərtəbəli tikilinin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.