Mingəçevirdə evinin damından yıxılan usta ölüb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında şəhərin Allahverdiyev döngəsi 5 ünvanında baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü şəhər sakini Bəkirov Hidayət Məhəmməd oğlu yaşadığı evin damında təmir apararkən müvazinəti itirərək yerə yıxılıb. Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Dünyasını dəyişən şəxsin meyiti şəhər morquna götürülüb.
Faktla bağlı araşdırma aparlılır.