"Sovet hakimiyyətinin yaxşı işləri də olub. O dövrdə xidməti olan insanların adına indi kənd olması qəbahət deyil ki... Biz də sovet dövründə işləmişik, xalq düşməni deyilik. Bu məsələyə diqqətlə yanaşmaq lazımdır.
Unikal.org "Reporta istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin (MM) Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında15 rayonunun kəndlərinin adlarının dəyişdirilməsini nəzərdə tutan layihənin müzakirəsi zamanı komitə sədri Arif Rəhimzadə deyib.
"Məsələn, Göygöl rayonunun Mixaylovka kəndinin adının dəyişdirilməsini təklif edirlər. Deyirlər ki, orada ruslar yaşamır. Amma bu, tarixdir axı... 1845-ci ildə Azərbaycan Rusiyanın tərkibində olanda rusları bu kəndə sürgün ediblər. Onlar öz xoşu ilə gəlməyiblər ki. Bundan başqa, hansısa kəndə Çəmənli adının verilməsini təklif edirlər. Bunun hansı tarixi əsası var? Mixayılovka deyəndə bilinir ki, söhbət nədən gedir, - o vurğulayıb.
O qeyd edib ki, Azərbaycan dövlətini sovet hökuməti qurub.