Qazax rayonunda evlərdən birindən 3800 ABŞ dolları oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Bu barədə unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 13-də rayon ərazisindəki evlərin birindən 3800 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Sehran Nadirova saxlanılıb.