Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Unikal.org-un məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, işdən azad olunan Tofiq Zeynalov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşıdır. Ramiz Zeynalov 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.