Rusiyadan Azərbaycana gəzməyə gələn turist qayalıqdan yıxılaraq xəsarət alıb. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Qobustan Milli Tarix-Bədii Qoruğunda baş verib. 

Belə ki, Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən Qobustan Milli Tarix-Bədii Qoruğunda Rusiya vətəndaşı, 1978-ci il təvəllüdlü Sergey Jilnenko ehtiyatsızlıqdan qayalıqdan yıxılaraq xəsarət alıb.

O, xəstəxanaya yerləşdırılib.

Faktla bağlı araşdırma aparılır.