Astara rayon sakininin həyətindən 26 ədəd çətənə kolu aşkarlanıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının rayonun Artupa kəndi ərazisində həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mahir Tahir oğlu Quliyeve məxsusu bağ sahəsində çətənə kolları aşkar edilib. Hadisə yerindən aqrotexniki qaydada qulluq göstərilmiş 26 ədəd narkotik xassəli kol hesab edilən çətənə kolları götürülüb.

Faktla bağlı araşdırma aparılır.