Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Dilarə Quliyeva naməlum şəraitdə bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, oan tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi hələ ki məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.