Bakıda yanğın hadisəsi baş verib.
 
Unikal.org FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları (ev əşyaları ilə birlikdə) və həyətyanı sahədə 200 m² quru ot yanıb.
 
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.