Daşkəsən rayonunda avtomobil qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Bayan kəndində baş verib. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil qarşı tərəfdən gələn "Shagman" markalı yük maşını ilə toqquşub.

Nəticədə minik maşınında olan iki nəfər, Şəmkir rayon Seyfəli kənd sakinləri, 1994-cü il təvəllüdlü Məmişov Nürəddin Mətləb oğlu və 1979-cu il təvəllüdlü Eynulla Məhəmmədəli oğlu Hüseynov xəsarət alıb. Hər ikisinə həkimlər tərəfindən ambulator yardım göstərilib və evə buraxılıb.

Qəzaya düşmüş minik maşınına isə ciddi zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.