Bakının Nizami rayonunda piyadanı avtomobil vurub.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında, Heydər Əliyev prospektində qeydə alınıb.

Həmin ərazidə piyadalar üçün keçid olmasına baxmayaraq, qarşı tərəfə avtomobil yolu ilə keçmək istəyən 1992-ci il təvəllüdlü Əliyev Rasim Söhbət oğlu qəza şəraiti yaradıb və Səfərov Şirməmməd Nəzir oğlunun idarə etdiyi "Geely" markalı "London taxi" avtomobilinin zərbəsinə tuş gəlib.

Ağır xəsarət alan piyadanı elə onu vuran sürücü 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. R.Əliyevə lazımi tibbi yardım göstərilib. Vəziyyəti hazırda orta ağırdır.

Yol qəzasının təfərrüatları araşdırılır.